وَهُدُوٓاْ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلۡقَوۡلِ وَهُدُوٓاْ إِلَىٰ صِرَٰطِ ٱلۡحَمِيدِ ٢٤
Wahudū ilat-tayyibi minal-qawli wahudū ilā sirātil-hamīd
Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər.
Təfsir
Uca Allah dünya həyatında onları Lə İlahə illəllah (Allahdan başqa ibadətə haqqı olan haqq məbudun olmadığına şəhadət gətirməyə), Allahu Əkbər (Allah ən böyükdür), Əlhəmdulləh (Həmd-sənalar Uca Allaha aiddir) kimi gözəl kəlamlara nail etmiş və eyni zaman da tərifəlayiq İislam yoluna yönəltmişdir.