مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ فَلۡيَمۡدُدۡ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لۡيَقۡطَعۡ فَلۡيَنظُرۡ هَلۡ يُذۡهِبَنَّ كَيۡدُهُۥ مَا يَغِيظُ ١٥
Man kāna yazunnu al lan yansurahullāhu fid-dunyā wal-ākhirati falyamdud bisababin ilas-samā'i thumma lyaqta' falyanzur hal yudhhibanna kayduhū mā yaghīz
Kim Allahın, dünyada və axirətdə (Öz peyğəmbərinə) kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb (boynuna keçirsin), sonra da (ayağını yerdən) üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu (Allahın bu köməyinə) mane ola bilərmi?
Təfsir
Kim Uca Allahın, dünyada və axirətdə Öz peyğəmbərinə (sallallahu aleyhi və səlləm) yardım etməyəcəyini güman edirsə, qoy evinin tavanına bir ip salıb boynuna keçirsin və ayağını da yerdən üzərək nəfəsini kəssin və sonra görsün ki, onun bu hiyləsi, qəlbində qəzəbinə səbəb olan şeyə mane ola biləcəkmi?! İnadkar insan istəsə də və ya istəməsə də Allah Öz peyğəmbərinə mütləq yardım edəcəkdir.