إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ ١٤
Innallāha yudkhilul-ladhīna āmanū wa'amilus-sālihāti jannātin tajrī min tahtihal-anhāru innallāha yaf'alu mā yurīd
Allah iman gətirib saleh əməllər edənləri (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər.
Təfsir
Allah iman gətirib yaxşı işlər görənləri qəsrləri altından çaylar axan cənnətlərə daxil edər. Şübhəsiz ki, Allah rəhmət etmək istədiyi kimsəyə rəhməti və cəzalandırmaq istədiyi kimsəyə də cəzası ilə istədiyini edər. Kimsə Uca Allahı zorla bir işi görməyə məcbur etmək iqtidarında deyildir.