وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمۡ وَلَا يَضُرُّهُمۡۗ وَكَانَ ٱلۡكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرٗا ٥٥
Waya'budūna min dūnillāhi mā lā yanfa'uhum walā yadurruhum wakānal-kāfiru 'alā rabbihī zahīrā
Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə ibadət edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir.
Təfsir
Kafirlər, uca Allahı qoyub, itaət etdikdə özlərinə fayda verməyən və onlara asi olduqda isə özlərinə zərər verməyə qadir olmayan bütlərə ibadət edirlər. Kafir kimsə Uca Allahı qəzəbləndirməkdə şeytana tabe oldu.