وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا ٥٦
Wamā arsalnāka illā mubasshiran wanadhīrā
Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən olaraq göndərdik.
Təfsir
Ey Peyğəmbər! Biz Səni, iman gətirib, saleh əməllər edən və uca Allaha itaət edən möminləri Cənnətlə müjdələyən, küfr və günahlar işləməklə Rəbbinə qarşı üsyankarlıq edən kafirləri də Cəhənnəm əzabı ilə qorxudan olaraq göndərdik.