Al-Furqan surəsi, ayə 54

25:54

وَهُوَ ٱلَّذِي خَلَقَ مِنَ ٱلۡمَآءِ بَشَرٗا فَجَعَلَهُۥ نَسَبٗا وَصِهۡرٗاۗ وَكَانَ رَبُّكَ قَدِيرٗا ٥٤

Wahuwal-ladhī khalaqa minal-mā'i basharan faja'alahū nasaban wasihran wakāna rabbuka qadīrā

Sudan insan yaradan, sonra onu nəsəb və qohum-əqraba sahibi edən Odur. Rəbbin (hər şeyə) Qadirdir.

Təfsir

Kişi və qadın nütfəsindən bəşər yaradan Odur. Bəşəriyyəti yaradan O uca Allah, insanlar asrasında nəsəb, qan və evlilik bağları ilə olan qohumluq əlaqələrini yaratdı. Ey Peyğəmbər! Sənin Rəbbin hər şeyə qadirdir. Heç bir şey Onu aciz buraxmaz. Kişi və qadın nütfəsindən insanı xəlq etməsi də Onun qüdrətindəndir.