وَلَوۡ شِئۡنَا لَبَعَثۡنَا فِي كُلِّ قَرۡيَةٖ نَّذِيرٗا ٥١
Walaw shi'nā laba'athnā fī kulli qaryatin nadhīrā
Əgər istəsəydik, hər məmləkətə xəbərdarlıq edən bir peyğəmbər göndərərdik.
Təfsir
Əgər Biz istəsəydik, hər diyara onlara Allahın əzabından xəbər verən və o əzabdan qorxudan bir peyğəmbər göndərərdik. Amma Biz belə etmək istəmədik. Lakin Biz, Muhəmmədi (sallallahu aleyhi və səlləm) bütün bəşəriyyətə peyğəmbər göndərdik.