وَلَقَدۡ صَرَّفۡنَٰهُ بَيۡنَهُمۡ لِيَذَّكَّرُواْ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا ٥٠
Walaqad sarrafnāhu baynahum liyaddhakkarū fa abā aktharun-nāsi illā kufūrā
Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədi.
Təfsir
Biz, insanlar düşünüb ibrət alsınlar deyə, onlara Quranda dəlil və sübutları müxtəlif yollarla bəyan etdik. Lakin buna rəğmən insanların çoxu haqqı inkar etməkdən və haqqa qarşı inadkarlıq göstərməkdən vaz keçmədi.