فَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَجَٰهِدۡهُم بِهِۦ جِهَادٗا كَبِيرٗا ٥٢
Falā tuti'il-kāfirīna wajāhidhum bihī jihādan kabīrā
Kafirlərə baş əymə və onlara qarşı (Quranla) böyük bir cihad et!
Təfsir
Ey Peyğəmbər! Kafirlərin səndən tələb etdiklərinə boyu əymə və onlar qarşısında əsla yumuşaqlıq göstərmə. Kafirlərin sənə Allaha dəvət yolunda verdikləri əziyyətlərə səbir edərək, sənə nazil edilən bu Quranla onlara qarşı böyük bir cihad et!