Al-Furqan surəsi, ayə 22

25:22

يَوۡمَ يَرَوۡنَ ٱلۡمَلَٰٓئِكَةَ لَا بُشۡرَىٰ يَوۡمَئِذٖ لِّلۡمُجۡرِمِينَ وَيَقُولُونَ حِجۡرٗا مَّحۡجُورٗا ٢٢

Yawma yarawnal-malā'ikata lā bushrā yawma'idhil lil-mujrimīna wayaqūlūna hijram mahjūrā

Mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaq. (Mələklər) deyəcəklər: “(Cənnətə girməyiniz) haramdır, haram!”

Təfsir

Kafirlər ölüm ayağında, bərzəx aləmində, yenidən dirilib qəbirlərindən çıxacaqlarında, hesaba gətirildiklərində və həmçinin Cəhənnəmə varid olduqda, möminlərin tam əksi olaraq onlara heç bir müj­də və ya sevindirici xəbər verilməyəcək. Bu zaman mələklər kafirlərə: "Sizə Allah tərəfindən müjdə haramdır" - deyəcəklər.