Al-Furqan surəsi, ayə 21

25:21

۞ وَقَالَ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا لَوۡلَآ أُنزِلَ عَلَيۡنَا ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ نَرَىٰ رَبَّنَاۗ لَقَدِ ٱسۡتَكۡبَرُواْ فِيٓ أَنفُسِهِمۡ وَعَتَوۡ عُتُوّٗا كَبِيرٗا ٢١

Waqālal-ladhīna lā yarjūna liqā'anā lawlā unzila 'alaynal-malā'ikatu aw narā rabbanā laqadistakbarū fī anfusihim wa'ataw 'utuwwan kabīrā

Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər.

Təfsir

Bizimlə qarşılaşmağı ümid etməyən və əzabımızdan qorxmayan kafirlər belə dedilər: "Kaş, Allah bizə mə­ləkləri edirərək və ya Rəbbimizi açıq-aşkar görərək bizlərə Muhəmmədin doğru danışdığı barədə xəbər verəydi?" Təkəbbürlük onların qəlbində o qədər böyüdü ki, hətta bu, onların iman gətirmələrinə mane olacaq dərəcəyə qədər çatdı və beləliklə də, bu söylədikləri sözlər səbəbindən küfrdə və azğınlıqda həddi aşdılar.