وَقَدِمۡنَآ إِلَىٰ مَا عَمِلُواْ مِنۡ عَمَلٖ فَجَعَلۡنَٰهُ هَبَآءٗ مَّنثُورًا ٢٣
Waqadimnā ilā mā 'amilū min 'amalin faja'alnāhu habā'am manthūrā
Biz onların etdikləri (yaxşı) əməllərə nəzər saldıq və onları (havada) sovrulmuş toz dənəciklərinə çevirərik.
Təfsir
Biz kafirlərin dünyada ikən etdikləri xeyirxah və yaxşı əməlləri, etdikləri küfr səbəbindən batil və faydasız olmasından dolayı, baxan insanın, pəncərədən daxil olan günəş şüalarının içərisində uçan dağınıq toz zərrəciklərini gördüyü kimi onun xeyirxah və yaxşı əməllərini də havada uçan toz zərrəcikləri kimi faydasız hala çevirərik.