فَإِن لَّمۡ تَفۡعَلُواْ فَأۡذَنُواْ بِحَرۡبٖ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَإِن تُبۡتُمۡ فَلَكُمۡ رُءُوسُ أَمۡوَٰلِكُمۡ لَا تَظۡلِمُونَ وَلَا تُظۡلَمُونَ ٢٧٩
Fa il lam taf'alū fa dhanū biharbim minallāhi warasūlihī wa in tubtum falakum ru'ūsu amwālikum lā tazlimūna walā tuzlamūn
Əgər belə etməsəniz, Allahın və Onun rəsulunun sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.
Təfsir
Əgər sizə əmr olunanı etməsəniz, Allahın və Onun rəsulunun sizə müharibə elan etdiyini bilin və buna yəqin olun. Yox, əgər sələmi tərk edib, Allaha tövbə etsəniz, borc verdiyiniz mallarınızın maya dəyəri sizindir. Mallarınızın maya dəyərindən artıq almamaqla nə siz zülm edərsiniz, maya dəyərindən naqis qaytarmamaqla nə də sizə zülm olunar.