وَإِن كَانَ ذُو عُسۡرَةٖ فَنَظِرَةٌ إِلَىٰ مَيۡسَرَةٖۚ وَأَن تَصَدَّقُواْ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٢٨٠
Wa in kāna dhū 'usratin fanaziratun ilā maysaratin wa an tasaddaqū khayrul lakum in kuntum ta'lamūn
Əgər borclu olan kəs borcu qaytarmağa qadir deyilsə, vəziyyəti düzələnə qədər (ona) möhlət verin. Kaşki (borcu) sədəqə olaraq bağışlamağınızın sizin üçün nə qədər xeyirli olduğunu biləydiz!
Təfsir
Əgər borclu tələb etdiyiniz kəs borcu qaytarmağa qadir deyilsə və maddi durumu çətindirsə, o zaman onun maddi durumu yaxşılaşıb, borcu qaytarmağa imkanı olana qədər ona möhlət verin. Borcu tələb etməyib, borcu ona sədəqə etməyiniz yaxud borcun bir hissəsini ona bağışlamanızın uca Allah yanında sizin üçün nə qədər xeyirli olduğunu biləydiz!