يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ ٱلرِّبَوٰٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ ٢٧٨
Yā'ayyuhal-ladhīna āmanut-taqullāha wadharū mā baqiya minar-ribawā in kuntum mu'minīn
Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan məbləğdən vaz keçin.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməklə Ondan qorxun. Əgər siz Allaha və sizi qadağan etdiyi sələmin haram olmasına həqiqi iman etmisinizsə, elə isə insanlarda sələmdən qalan mallarınızı tələb etməkdən əl çəkin.