لِلۡفُقَرَآءِ ٱلَّذِينَ أُحۡصِرُواْ فِي سَبِيلِ ٱللَّهِ لَا يَسۡتَطِيعُونَ ضَرۡبٗا فِي ٱلۡأَرۡضِ يَحۡسَبُهُمُ ٱلۡجَاهِلُ أَغۡنِيَآءَ مِنَ ٱلتَّعَفُّفِ تَعۡرِفُهُم بِسِيمَٰهُمۡ لَا يَسۡـَٔلُونَ ٱلنَّاسَ إِلۡحَافٗاۗ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ ٢٧٣
Lil-fuqarā'il-ladhīna uhsirū fī sabīlillāhi lā yastatī'ūna darban fil-ardi yahsabuhumul-jāhilu aghniyā'a minat-ta'affufi ta'rifuhum bisīmāhum lā yas'alūnan-nāsa ilhāfan wamā tunfiqū min khayrin fa innallāha bihī 'alīm
(Verəcəyiniz sədəqələr) Allah yolunda cihad edib yer üzündə (qazanc dalınca) səfərə çıxa bilməyən yoxsullar üçündür. Bu kimsələr həyalarından dolayı (dilənmədiklərinə görə) tanımayan adam onları varlı hesab edir. Sən isə onları simalarından tanıyırsan. Onlar israrla insanlardan (bir şey) istəməzlər. Xeyirli şeylərdən nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir.
Təfsir
Sədəqələrinizi Allah yolunda cihad, ruzi qazanmaq üçün səfər etməyə mane olan yoxsullar üçün edin. Bu kimsələr iffətli olub dilənmədiklərinə görə tanımayan adam onları varlı zənn edir. Bu kimsələrin halına yaxından bələd olan insanlar, onların zahiri görnüşündən və geyimindən ehtiyaclı olduğunu bilirlər. Belə kimsələrin simalarından biri də budur ki, onlar üzə salıb insanlardan bir şeyi israrla istəyən yoxsullar kimi deyillər. Malınızdan Allah yolunda nə xərcləsənizsə, şübhəsiz ki, Allah onu bilir və Allah onun mükafatını sizə artıqlaması ilə verəcəkdir.