۞ لَّيۡسَ عَلَيۡكَ هُدَىٰهُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَهۡدِي مَن يَشَآءُۗ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ فَلِأَنفُسِكُمۡۚ وَمَا تُنفِقُونَ إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ ٱللَّهِۚ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ ٢٧٢
Llaysa 'alayka hudāhum walākinnallāha yahdī man yashā'u wamā tunfiqū min khayrin fali'anfusikum wamā tunfiqūna illabtighā'a wajhillāhi wamā tunfiqū min khayrin yuwaffa ilaykum wa antum lā tuzlamūn
Onların hidayətə gəlməsi sənə aid deyildir. Allah isə istədiyi şəxsi hidayətə qovuşdurur. Xeyirli şeylərdən xərclədikləriniz sizin özünüz üçündür. Siz (möminlər) onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Xeyirli şeylərdən xərclədiklərinizin əvəzi sizə tam verilər və sizə zülm edilməz.
Təfsir
Ey Peygəmbər! Onların haqqı qəbul edib hidayətə gəlmələri və haqqa tabe olub ona boyun əymələri də sənə aid deyildir. Sənə vacib olan yalnız onlara doğru yolu göstərib, tanıtmaqdır. Çünki haqqa və doğru yola müvəffəq olmaq ancaq Allahın əlindədir və O, istədiyini dogru yola yönəldir. Xeyirli şeylərdən xərclədiklərinizin mənfəti sonda sizə qayıdacaqdır, çünki Allahın buna ehtiyac yoxdur. Elə buna görə də xərclədiyinizi ixlasla, Allah üçün xərcləyin. Həqiqi möminlər isə mallarını yalnız Allahın razılığını qazanmaq üçün xərcləyirlər. Malınızdan Allah yolunda az və ya çox olmasından aslı olayaraq nə xərcləsəniz, Allah onun əvəzi heç bir naqislik olmadan sizə tam verilər və şübhəsiz ki, Allah heç kimə zülm etməz.