يُؤۡتِي ٱلۡحِكۡمَةَ مَن يَشَآءُۚ وَمَن يُؤۡتَ ٱلۡحِكۡمَةَ فَقَدۡ أُوتِيَ خَيۡرٗا كَثِيرٗاۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ٢٦٩
Yu'til-hikmata man yashā'u waman yu'tal-hikmata faqad ūtiya khayran kathīran wamā yaddhakkaru illā ulul-albāb
Allah hikməti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilərsə, ona çoxlu xeyir verilmiş olar. Bundan yalnız ağıl sahibləri düşünüb ibrət alarlar.
Təfsir
Allah sözdə və əməldə düzgünə müvəffəq olmağı yalnız istədiyi kəsə bəxş edər. Kimə bu verilərsə, ona çoxlu xeyir verilmiş olar. Allahın ayələrindən yalnız Allahın nuru ilə nurlanan və Onun doğru yolu ilə gedən kamil ağıl sahibləri düşünüb ibrət alarlar.