ٱلشَّيۡطَٰنُ يَعِدُكُمُ ٱلۡفَقۡرَ وَيَأۡمُرُكُم بِٱلۡفَحۡشَآءِۖ وَٱللَّهُ يَعِدُكُم مَّغۡفِرَةٗ مِّنۡهُ وَفَضۡلٗاۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ ٢٦٨
Ash-shaytānu ya'idukumul-faqra waya'murukum bil-fahshā'i wallāhu ya'idukum maghfiratam minhu wafadlan wallāhu wāsi'un 'alīm
Şeytan sizi yoxsulluqla qorxudur və sizə pis işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və lütf vəd edir. Allahın (lütfü) genişdir, O (hər şeyi) biləndir.
Təfsir
Şeytan sizi yoxsulluqla qorxudaraq, paxıllığa sövq edər və sizi günahlar və asiliklər etməyə çağırar. Allah isə günahlarınızın bağışlanması üçün sizə böyük bağışlanma və bol-bol ruzi vəd edər. Allahın lütfü genişdir və qullarının halından xəbərdardır.