وَمَآ أَنفَقۡتُم مِّن نَّفَقَةٍ أَوۡ نَذَرۡتُم مِّن نَّذۡرٖ فَإِنَّ ٱللَّهَ يَعۡلَمُهُۥۗ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٍ ٢٧٠
Wamā anfaqtum min nafaqatin aw nadhartum min nadhrin fa innallāha ya'lamuhū wamā liz-zālimīna min ansār
Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.
Təfsir
Allahın razılığını diləyərək xərclədiyiniz hər bir böyük və kişik sədəqəni və ya Allahın sizə vacib etmədiyi bir ibadəti, Allah üçün özünüzə vacib etdiyinizi də şübhəsiz ki, bunların hamısını Allah bilir. Allah əməllərinizin savabını zay etməz və buna görə Allah sizə böyük mükafat verəcəldir. Allahın hüdudlarını aşıb, vacib olanı verməkdən boyun qaçıran zalimlərin isə qiyamət günü onları əzabdan qoruyan heç köməkçiləri olmaz.