Al-Baqarah surəsi, ayə 241

2:241

وَلِلۡمُطَلَّقَٰتِ مَتَٰعُۢ بِٱلۡمَعۡرُوفِۖ حَقًّا عَلَى ٱلۡمُتَّقِينَ ٢٤١

Walil-mutallaqāti matā'u bil-ma'rūfi haqqan 'alal-muttaqīn

Boşanmış qadınlara (şəriətə) müvafiq qayda üzrə pay verilsin. Bu, müttəqilər üzərində bir borcdur.

Təfsir

Boşanmış qadınların boşanma səbəbindən sınmış könüllərini almaq üçün, şəriətə müvafiq qayda üzrə, ərin maddi imkanının az və çoxluğunu nəzərə alaraq, qadınlara geyim, mal və s. bu kimi yaxşılıq etmək lazımdır. Bu hökm, Uca Allahın əmrini yerinə yetirib, qadağanından çəkinən müttəqilər üzərində bir borcdur.