Al-Baqarah surəsi, ayə 240

2:240

وَٱلَّذِينَ يُتَوَفَّوۡنَ مِنكُمۡ وَيَذَرُونَ أَزۡوَٰجٗا وَصِيَّةٗ لِّأَزۡوَٰجِهِم مَّتَٰعًا إِلَى ٱلۡحَوۡلِ غَيۡرَ إِخۡرَاجٖۚ فَإِنۡ خَرَجۡنَ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِي مَا فَعَلۡنَ فِيٓ أَنفُسِهِنَّ مِن مَّعۡرُوفٖۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ ٢٤٠

Walladhīna yutawaffawna minkum wayadharūna azwājan wasiyyatal li azwājihim matā'an ilal-hawli ghayra ikhrājin fa in kharajna falā junāha 'alaykum fī mā fa'alna fī anfusihinna mim ma'rūfin wallāhu 'azīzun hakīm

Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kəslər (sağlığında ikən), zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər o qadınlar (öz istəkləri ilə) çıxıb getsələr, özləri barədə (şəriətə) müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir.

Təfsir

Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə kamil bir ilin tamamınadək evlərindən çıxarmamaqı və onların maddi tələbatını ödənilməsini vərəsəsinə vəsiyyət etməlidirlər. Vərəsəniz də onların özləri barədə etdiklərinə görə, meyitin vəsiyyətini yerinə yetirmək üçün, onları zorla yaşadıqları evindən çıxarmamalıdır. Əgər onlar öz istəkləri ilə kamil bir il tamam olmazdan əvvəl çıxıb getsələr, onların zinət əşyalarından və ətirdən istifadə etdiklərinə görə həm sizə, həm də ki, onlara günah olmaz. Allah qüdrətlidir, heç kimsə onu məğlub edə bilməz, O, işlərində, şəri hökmlərin də və insanlar üçün təyin etdiyi qədərin də hikmət sahibidir. Əksər təfsir aimlərin rəyinə əsasən, bu əyənin hökmü, Uca Allahın: (Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər) [Bəqərə: 234] ayəsi ilə nəsx olunmuşdur.