فَإِنۡ خِفۡتُمۡ فَرِجَالًا أَوۡ رُكۡبَانٗاۖ فَإِذَآ أَمِنتُمۡ فَٱذۡكُرُواْ ٱللَّهَ كَمَا عَلَّمَكُم مَّا لَمۡ تَكُونُواْ تَعۡلَمُونَ ٢٣٩
Fa in khiftum farijālan aw rukbānan fa idhā amintum fadhkurullāha kamā 'allamakum mā lam takūnū ta'lamūn
Əgər (nədənsə) qorxsanız, (namazınızı) ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!
Təfsir
Əgər düşməndən və s. bu kimi şeylərdən qorxsanız və namazı tam şəkildə yerinə yetirməyə qadir olmasanız, onda namazı gedərək ayaq üstə və ya dəvə, at və s. bu kimi minik üzərində oturaq halda, yaxud necə bacarırsınızsa elə də qılın. Təhlükə sizdən sovuşduqda isə Allahı, sizə öyrətdiyi kimi yad edin! Allahın sizə öyrətdiklərindən biri də, namaz qıldıqda Allahı kamil və tam şəkildə zikr etməkdir. Həmçinin Allahı, sizə nur və doğru yol kimi bilmədiyiniz şeyləri öyrətdiyi üçün zikr edin.