Al-Baqarah surəsi, ayə 234

2:234

وَٱلَّذِينَ يُتَوَفَّوۡنَ مِنكُمۡ وَيَذَرُونَ أَزۡوَٰجٗا يَتَرَبَّصۡنَ بِأَنفُسِهِنَّ أَرۡبَعَةَ أَشۡهُرٖ وَعَشۡرٗاۖ فَإِذَا بَلَغۡنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا فَعَلۡنَ فِيٓ أَنفُسِهِنَّ بِٱلۡمَعۡرُوفِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ٢٣٤

Walladhīna yutawaffawna minkum wayadharūna azwājan yatarabbasna bi anfusihinna arba'ata ashhurin wa'ashran fa idhā balaghna ajalahunna falā junāha 'alaykum fīmā fa'alna fī anfusihinna bil-ma'rūfi wallāhu bimā ta'malūna khabīr

Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr (yenidən ərə getmələri üçün) dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitdikdə özləri barədə (şəriətə) müvafiq qayda üzrə etdikləri işə görə sizə günah olmaz. Allah nə etdiklərinizdən xəbərdardır.

Təfsir

Sizlərdən ölənlərin və özlərindən sonra tərk etdiyikləri hamilə olmayan zövcələri, özlərini dörd ay on gün müddətində gözləməsi vacibdir. Onlara bu müddət ərzində ərinin evindən kənara çıxması, zinət əşyalarından istifadə etməsi və ərə getməsi caiz deyildir. Ey Vəlilər! Onların gözləmə müddəti­ bitdikdən sonra, bu müddət ərzində onlara qadağan olan şeyləri, şəriətə və adətə müvafiq qayda üzrə, özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır, aşkara çıxartdıqınız və gizlində saxladıqınız işlərdən Ona heç bir şey gizli qalmaz və O, sizin əməllərinizin müqabilini verəcəkdir.