Al-Baqarah surəsi, ayə 235

2:235

وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا عَرَّضۡتُم بِهِۦ مِنۡ خِطۡبَةِ ٱلنِّسَآءِ أَوۡ أَكۡنَنتُمۡ فِيٓ أَنفُسِكُمۡۚ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ سَتَذۡكُرُونَهُنَّ وَلَٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّآ أَن تَقُولُواْ قَوۡلٗا مَّعۡرُوفٗاۚ وَلَا تَعۡزِمُواْ عُقۡدَةَ ٱلنِّكَاحِ حَتَّىٰ يَبۡلُغَ ٱلۡكِتَٰبُ أَجَلَهُۥۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِيٓ أَنفُسِكُمۡ فَٱحۡذَرُوهُۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ ٢٣٥

Walā junāha 'alaykum fīmā 'arradtum bihī min khitbatin-nisā'i aw aknantum fī anfusikum 'alimallāhu annakum satadhkurūnahunna walākil lā tuwā'idūhunna sirran illā an taqūlū qawlam ma'rūfan walā ta'zimū 'uqdatan-nikāhi hattā yablughal-kitābu ajalahū wa'lamū annallāha ya'lamu mā fī anfusikum fahdharūhu wa'lamū annallāha ghafūrun halīm

(İddə müddətini gözləyən) qadınlara elçi göndərmək istəyinizi üstüörtülü bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə sözləşməyin, onlara yalnız (şəriətə) müvafiq qayda üzrə söz deyin. Gözləmə müddəti başa çatanadək (onlarla) nikah bağlamayın. Bilin ki, Allah sizin könlünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah bağışlayandır, rəhmlidir!

Təfsir

Əri ölmüş yaxud üç talaqdan sonra ərindən tam boşanmış, gözləmə müddətində olan qadınlara elçi göndərmək istəyinizi açıq-aydın deyil: "Gözləmə müddətin sona çatdıqda mənə xəbər edərsən" buna oxşar işarə ilə bildirməkdə sizə heç bir günah yoxdur. Həmçinin gözləmə müddətində olan qadınla, gözləmə müddəti bitdikdən sonra onunla evlənmək istəyinin qəlbinizdə olmasında sizə heç bir günah yoxdur. Siz onlara çox rəğbət etdiyiniz üçün, onları mütləq xatırlayacağınızı Allah bilir və elə buna görə də sizə bunu açıq-aydın deyil, işarə ilə bildirmənizə icazə vermişdir. Lakin onlar gözləmə müddətində olduqca, onlarla nikah bağlamaq üçün gizlicə vədələşməkdən çəkinin. Onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin, buda ki, onlara olan istəyinizi işarə ilə bildirməkdir. Gözləmə müddəti bitməyincəyə qədər onlarla nikah bağlamayın. Bilin ki, Allah sizin qəlblərinizdə, sizə halal va ya haram etdiyindən nələrin gizlin saxladığınızı bilir. Allahdan qorxun və Onun əmrinə müxalif olmayın! Bilin ki, Allah, Ona tövbə edən qullarının günahlarını bağışlayandır və həlimdir onlara əzab verməyə tələsməz.