Al-Baqarah surəsi, ayə 217

2:217

يَسۡـَٔلُونَكَ عَنِ ٱلشَّهۡرِ ٱلۡحَرَامِ قِتَالٖ فِيهِۖ قُلۡ قِتَالٞ فِيهِ كَبِيرٞۚ وَصَدٌّ عَن سَبِيلِ ٱللَّهِ وَكُفۡرُۢ بِهِۦ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَإِخۡرَاجُ أَهۡلِهِۦ مِنۡهُ أَكۡبَرُ عِندَ ٱللَّهِۚ وَٱلۡفِتۡنَةُ أَكۡبَرُ مِنَ ٱلۡقَتۡلِۗ وَلَا يَزَالُونَ يُقَٰتِلُونَكُمۡ حَتَّىٰ يَرُدُّوكُمۡ عَن دِينِكُمۡ إِنِ ٱسۡتَطَٰعُواْۚ وَمَن يَرۡتَدِدۡ مِنكُمۡ عَن دِينِهِۦ فَيَمُتۡ وَهُوَ كَافِرٞ فَأُوْلَٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ وَأُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٢١٧

Yas'alūnaka 'anish-shahril-harāmi qitālin fīhi qul qitālun fīhi kabīrun wasaddun 'an sabīlillāhi wakufru bihī wal-masjidil-harāmi wa ikhrāju ahlihī minhu akbaru 'indallāhi wal-fitnatu akbaru minal-qatli walā yazālūna yuqātilūnakum hattā yaruddūkum 'an dīnikum inistatā'ū waman yartadid minkum 'an dīnihī fayamut wahuwa kāfirun fa ulā'ika habitat a'māluhum fid-dunyā wal-ākhirati wa ulā'ika ashābun-nāri hum fīhā khālidūn

Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin (insanları) Allah yolundan sapdırmaq, Ona küfr etmək, (müsəlmanları) Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır.” Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.

Təfsir

Ey Peyğəmbər! Səndən haram ayında: zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarında vuruşmaq barəsində soruşurlar. Onlara cavab olaraq de: "Bu ayda vuruşmaq Allah qatında böyük günah və pis əməldir, amma müşriklərin etdiyi kimi insanları Allah yolundan sapdırmaq, möminləri Məscidulharama buraxmamaq və Məscidulharam sakinlərini oradan çıxartmaq Allah yanında bu aylarda vuruşmaqdan da daha böyük günahdır. Onların etdikləri şirk, vuruşmaqdan daha böyükdür. Ey Möminlər! Müşriklər bacardıqca sizi haqq dininizdən batilə döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb Allaha kafir olaraq ölsə, onun saleh əməli batil olar və onun axirətdə qayıdış yeri oda daxil olub və orada əbədi qalmaq olar.