Al-Baqarah surəsi, ayə 218

2:218

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَاجَرُواْ وَجَٰهَدُواْ فِي سَبِيلِ ٱللَّهِ أُوْلَٰٓئِكَ يَرۡجُونَ رَحۡمَتَ ٱللَّهِۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٢١٨

Innal-ladhīna āmanū walladhīna hājarū wajāhadū fī sabīlillāhi ulā'ika yarjūna rahmatallāhi wallāhu ghafūrur rahīm

Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah bağışlayandır, rəhmlidir.

Təfsir

Həqiqətən, Allaha və rəsuluna iman gətirənlər, Allah və rəsuluna hicrət edib vətənlərini tərk edənlər və Allahın kəlməsi uca olsun deyə vuruşanlar, Allahın mərhəmətinə və bağışlamağına ümid edən kəslərdir. Allah qullarının günahlarını bağışlayandır və onlara rəhmlidir.