كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ وَهُوَ كُرۡهٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تَكۡرَهُواْ شَيۡـٔٗا وَهُوَ خَيۡرٞ لَّكُمۡۖ وَعَسَىٰٓ أَن تُحِبُّواْ شَيۡـٔٗا وَهُوَ شَرّٞ لَّكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ٢١٦
Kutiba 'alaykumul-qitālu wahuwa kurhul lakum wa'asā an takrahū shay'an wahuwa khayrul lakum wa'asā an tuhibbū shay'an wahuwa sharrul lakum wallāhu ya'lamu wa antum lā ta'lamūn
Döyüş xoşunuza gəlməsə də, o, sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz.
Təfsir
Ey mömilər! Allah yolunda döyüşmək və bu yolda maldan və candan keçmək nəfsə xoş gəlməsə də, sizə fərz edildi. Ola bilsin ki, siz, Allah yolunda döyüşmək kimi bir şeyi sevməyəsiniz, amma həqiqətdə o sizin üçün faydalı və xeyirli olsun. Çünki Allah yolunda döyüşməyin əzəmətli savabı olmaqla yanaşı, düşmənlər üzərində qələbə çalmaq və Allah kəlməsini uca tutmaq vardır. Ola bilsin ki, siz, cihad etməmək kimi bir şeyi sevəsiniz, amma həqiqətdə o sizin üçün şər və zərərli olsun. Çünki cihadı tərk etmək zəliliyə və həmçinin düşmənlərin sizin üzərinizdə qələbə çalmasına səbəbdir. Allah işlərin hansı xeyir, hansının isə şər olmasını daha yaxşı bilir, siz isə bunu bilmirsiniz. Allahın əmrinə tabe olun, bu sizin üçün xeyirlidir.