Al-Baqarah surəsi, ayə 212

2:212

زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَيَسۡخَرُونَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْۘ وَٱلَّذِينَ ٱتَّقَوۡاْ فَوۡقَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ وَٱللَّهُ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٖ ٢١٢

Zuyyina lilladhīna kafarul-hayawātud-dunyā wayaskharūna minal-ladhīna āmanū walladhīnat-taqaw fawqahum yawmal-qiyāmati wallāhu yarzuqu man yashā'u bighayri hisāb

Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurlar. Halbuki müttəqilər Qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər.

Təfsir

Dünya həyatı və orada olan keçici zövq və müvəqqəti ləzzətlər kafirlər üçün gözəlləşdirildi. Onlar Allaha və axirət gününə iman gətirənləri məsxərəyə qoyurlar. Halbuki Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinən müttəqilər Qiyamət günü o kafirlərdən üstün olacaqlar. Belə ki, Allah, onarı Ədn cənnətlərinə sakin edər və Allah istədiyi quluna saysız-hesabsız ruzi verər.