سَلۡ بَنِيٓ إِسۡرَٰٓءِيلَ كَمۡ ءَاتَيۡنَٰهُم مِّنۡ ءَايَةِۭ بَيِّنَةٖۗ وَمَن يُبَدِّلۡ نِعۡمَةَ ٱللَّهِ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ٢١١
Sal banī isrā'īla kam ātaynāhum min āyati bayyinatin waman yubaddil ni'matallāhi mim ba'di mā jā'athu fa innallāha shadīdul-'iqāb
İsrail oğullarından soruş ki, Biz onlara nə qədər açıq-aydın dəlillər göndərdik. Kim özünə Allahın neməti gəldikdən sonra onu dəyişdirərsə, (bilsin ki,) Allah şiddətli cəza verəndir.
Təfsir
Ey Peyğəmbər! İsrail oğullarından onları məzəmmət edərək onlardan soruş ki, uca Allah sizə peyğəmbərlərin doğruluğuna dəlalət edən nə qədər açıq-aydın dəlillər göstərdi! Siz isə bu dəlilləri yalan sayıb üz çevirdiniz. Kim Allahın nemətini bildikdən sonra onu inkar edib, yalan sayaraq dəyişdirərsə bilsin ki, Allah inkar edib, yalan sayanlara şiddətli cəza verəcəkdir.