كَانَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّـۧنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِيَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ فِيمَا ٱخۡتَلَفُواْ فِيهِۚ وَمَا ٱخۡتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ بَغۡيَۢا بَيۡنَهُمۡۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ لِمَا ٱخۡتَلَفُواْ فِيهِ مِنَ ٱلۡحَقِّ بِإِذۡنِهِۦۗ وَٱللَّهُ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٍ ٢١٣
Kānan-nāsu ummatan wāhidatan faba'athallāhun-nabiyyina mubasshirīna wamundhirīna wa anzala ma'ahumul-kitāba bil-haqqi liyahkuma baynan-nāsi fīmakhtalafū fīhi wamakhtalafa fīhi illal-ladhīna ūtūhu mim ba'di mā jā'athumul-bayyinātu baghyā baynahum fahadallāhul-ladhīna āmanū limakhtalafū fīhi minal-haqqi bi idhnihī wallāhu yahdī man yashā'u ilā sirātim mustaqīm
İnsanlar tək bir ümmət idi. Allah (onlara) müjdə verən və (əzabla) qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanların ixtilafa düşdükləri şeylərə dair onların arasında hökm versin. Halbuki (kitab) verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı ədavət üzündən onun barəsində ixtilafa düşdülər. Allah isə Öz izni ilə iman gətirənləri ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər.
Təfsir
Şeytanlar insanları azdırana qədər o insanlar ataları Adəmin dinində, haqq üzərində həmrəy olan tək bir ümmət idi. Sonra onlar, mömin və kafir olmaqla iki qismə bölündülər. Elə buna görə də Allah, iman və itaət əhlinə və Allahın onlar üçün hazırladığını müjdə verən, kafirləri isə Allahın onlar üçün hazırladığı şiddətli əzabla qorxudan peyğəmbərlər göndərdi və onlarla birlikdə içində heç bir şəkk-şübhə olmayan, yalnız haqq olan kitablar nazil etdi ki, insanlar arasında, onların ixtilafa düşdükləri şeylərə dair hökm versinlər. Halbuki Tövrat barədə yalnız özlərinə Tövratdan elm verilmiş yəhudilər özlərinə zülm edərək, onlara Tövratın haqq və Allah tərəfindən olmasına dair, həmçinin, Tövrat barədə ixtilaf etməyin caiz olmamasına dəlalət edən açıq-aydın dəlillər gəldikdən sonra ixtilafa düşdülər. Allah isə Öz izni və istəyi ilə möminləri doğru yolu azğınlıqdan ayırd etməyə müvəffəq etdi. Allah istədiyi kimsəni heç bir əyriliyi olmayan düz yola yönəldər. Bu da iman yoludur.