Al-Baqarah surəsi, ayə 197

2:197

ٱلۡحَجُّ أَشۡهُرٞ مَّعۡلُومَٰتٞۚ فَمَن فَرَضَ فِيهِنَّ ٱلۡحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي ٱلۡحَجِّۗ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ يَعۡلَمۡهُ ٱللَّهُۗ وَتَزَوَّدُواْ فَإِنَّ خَيۡرَ ٱلزَّادِ ٱلتَّقۡوَىٰۖ وَٱتَّقُونِ يَٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ ١٩٧

Al-hajju ashhurum ma'lūmātun faman farada fīhinnal-hajja falā rafatha walā fusūqa walā jidāla fil-hajji wamā taf'alū min khayrin ya'lamhullāhu watazawwadū fa inna khayraz-zādit-taqwā wattaqūni yā'ulil-albāb

Həcc (ziyarəti) məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc (ziyarəti) əsnasında (qadınıyla) yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Həqiqətən də, ən xeyirli azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!

Təfsir

Həccin vaxtı məlum olan aylardadır. Bu aylar şəvval ayı ilə başlayıb zülhiccənin birinci on günü sona çatır. Kim bu aylarda həcci yerinə yetirməyi özünə vacib edib və ehrama niyyət edərsə ona zövcəsi ilə yaxınlıq etmək və yaxınlıq etməyə səbəb olan hər bir şey və həmçinin zaman və məkanın əzəmətliyinə görə asilik edərək Allahın taətindən çıxmaq haram olar. Qəzəbə və dartışmaya gətirib çıxaran mübahisə etmək də haramdır. Etdiyiniz yaxşı işi Allah bilir və mükafatını verəcəkdir. Həcc ibadətini yerinə yetirmək üçün özünüzə ehtiyacınız olan yemək, içmək azüqəsi əldə edin. Bilin ki, hər bir işinizdə ən xeyirli yardımçı olan Allah qorxusudur. Ey sağlam ağıl sahibləri əmrlərimə müti olmaqla və qadağanlarımdan çəkinməklə Məndən qorxun.