Al-Baqarah surəsi, ayə 198

2:198

لَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَبۡتَغُواْ فَضۡلٗا مِّن رَّبِّكُمۡۚ فَإِذَآ أَفَضۡتُم مِّنۡ عَرَفَٰتٖ فَٱذۡكُرُواْ ٱللَّهَ عِندَ ٱلۡمَشۡعَرِ ٱلۡحَرَامِۖ وَٱذۡكُرُوهُ كَمَا هَدَىٰكُمۡ وَإِن كُنتُم مِّن قَبۡلِهِۦ لَمِنَ ٱلضَّآلِّينَ ١٩٨

Laysa 'alaykum junāhun an tabtaghū fadlam mir rabbikum fa idhā afadtum min 'arafātin fadhkurullāha 'indal-mash'aril-harāmi wadhkurūhu kamā hadākum wa in kuntum min qablihī laminad-dāllīn

(Həcc vaxtı) Rəbbinizdən lütf diləmək (ticarət etmək) sizə günah deyildir. Ərəfatdan qayıdarkən, Məşərulharamda Allahı zikr edin! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Sözsüz ki, bundan əvvəl siz azmışlardan idiniz.

Təfsir

Həcc vaxtı ticarət və s. bu kimi halal yolla ruzi qazanmanız sizə günah deyildir. Doqquzuncu gün ərəfatda durduqdan sonra zülhiccənin onuncu gecəsi müzdəlifəyə gəldikdə Məşərulharamda Allahın şəninə Sübhənallah, Lə iləhə illə Allah deyib və Allaha dua etməklə Onu yada salın! Sizə dini bilgiləri və həcc qaydalarını yönəltdiyinə görə Onu yad edin. Siz bundan öncə Onun şəriətindən qafil idiniz.