أَوۡ كَصَيِّبٖ مِّنَ ٱلسَّمَآءِ فِيهِ ظُلُمَٰتٞ وَرَعۡدٞ وَبَرۡقٞ يَجۡعَلُونَ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلۡمَوۡتِۚ وَٱللَّهُ مُحِيطُۢ بِٱلۡكَٰفِرِينَ ١٩
Aw kasayyibim minas-samā'i fīhi zulumātun wara'dun wabarqun yaj'alūna asābi'ahum fī ādhānihim minas-sawā'iqi hadharal-mawti wallāhu muhītu bil-kāfirīn
Yaxud onların məsəli zülmətlər içində göy gurultusu və şimşəklə göydən yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Allah kafirləri (hər tərəfdən) əhatəyə almışdır.
Təfsir
Onların su misalı isə, başının üstünü gurultulu şimşək və leysan yağışı ilə dolu qara buludlar almış bir qövmün leysan və ildırımın vurub öldürməsi qorxusundan barmaqlarını qulaqlarına tıxamalarına bənzəyir. Halbuki Allah, kafirləri Öz elmi, qüdrəti ilə ehtiva etmişdir, Onun əlindən əsla qaçıb qurtara bilməzlər. Bu, Allah üçün heç də çətin deyildir.