Al-Baqarah surəsi, ayə 182

2:182

فَمَنۡ خَافَ مِن مُّوصٖ جَنَفًا أَوۡ إِثۡمٗا فَأَصۡلَحَ بَيۡنَهُمۡ فَلَآ إِثۡمَ عَلَيۡهِۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ١٨٢

Faman khāfa mim mūsin janafan aw ithman fa aslaha baynahum falā ithma 'alayhi innallāha ghafūrur rahīm

Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib (tərəflərin) arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir!

Təfsir

Kim vəsiyyət sahibinin haqsızlıq etməsini və ya vəsiyyət də kiməsə zülm olunduğunu bilərsə, vəsiyyət edənin etdiyi xatanı aradan qaldırmaq məqsədi ilə vəsiyyətə dəyişiklik edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz, əksinə, bu yaxşı əmələ görə o, savab qazanar. Şübhəsiz ki, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara rəhmlidir!