فَمَنۢ بَدَّلَهُۥ بَعۡدَ مَا سَمِعَهُۥ فَإِنَّمَآ إِثۡمُهُۥ عَلَى ٱلَّذِينَ يُبَدِّلُونَهُۥٓۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ١٨١
Famam baddalahū ba'da mā sami'ahū fa innamā ithmuhū 'alal-ladhīna yubaddilūnahū innallāha samī'un 'alīm
Kim (ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
Təfsir
Kim vəsiyyəti bildikdən sonra onu artıraraq yaxud azaldaraq yaxud da ki vəsiyyətin, vəsiyyət olunan insana çatmasına mane olaraq vəsiyyəti dəyişdirsə, bu zaman günah vəsiyyət edənə deyil, yalnız onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah qullarının sözlərini eşidəndir, əməllərini isə biləndir və onların heç bir halı da Allaha gizlin qalmaz.