إِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلۡكِتَٰبِ وَيَشۡتَرُونَ بِهِۦ ثَمَنٗا قَلِيلًا أُوْلَٰٓئِكَ مَا يَأۡكُلُونَ فِي بُطُونِهِمۡ إِلَّا ٱلنَّارَ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ١٧٤
Innal-ladhīna yaktumūna mā anzalallāhu minal-kitābi wayashtarūna bihī thamanan qalīlan ulā'ika mā ya'kulūna fī butūnihim illan-nāra walā yukallimuhumullāhu yawmal-qiyāmati walā yuzakkīhim walahum 'adhābun alīm
Şübhəsiz ki, Allahın nazil etdiyi kitabdan (bir şey) gizlədib onun müqabilində cüzi miqdarda qazanc əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Təfsir
Yəhudi və nasranilərin etdikləri kimi, Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) haqqa və Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbərliyinə dəlalət edən ayələri gizlədib və bunun müqabilində bir az başçılıq kimi yaxud şan-şöhrət yaxud da ki mal-dövlət əldə edənlərin həqiqətdə isə yedikləri qarınlarında onlara yalnız odla əzab olmaların səbəb olacaqdır. Qiyamət günü Allah onlarla onların sevidiyi tərzdə deyil, əksinə onları məyus edən tərzdə danışar, onları təmizə çıxarmaz və onlara tərif etməz. Onlara ağrıdıcı bir əzab vardır!