Al-Baqarah surəsi, ayə 137

2:137

فَإِنۡ ءَامَنُواْ بِمِثۡلِ مَآ ءَامَنتُم بِهِۦ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا هُمۡ فِي شِقَاقٖۖ فَسَيَكۡفِيكَهُمُ ٱللَّهُۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ١٣٧

Fa in āmanū bimithli mā āmantum bihī faqadihtadaw wwa in tawallaw fa innamā hum fī shiqāqin fasayakfīkahumullāhu wahuwas-samī'ul-'alīm

Əgər onlar da, siz iman gətirdiyiniz kimi iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşərlər. Onlardan qorunmaq üçün Allah sənə yetər. O, Eşidəndir, Biləndir!

Təfsir

Əgər yəhudi və nəsranilər və onlardan başqa olan kafirlər sizin iman etdiyiniz kimi iman etsələr, şübhəsiz ki, Allahın razı olduğu doğru yolu taparlar. Yox, əgər imandan üz döndərib, peyğəmbərlərin hamısını yaxud da bəzisini yalan saysalar, bu zaman onlar sizə qarşı ədavət bəsləmiş olarlar. Ey Peyğəmbər, belə olduqda sən onların halına kədərlənmə. Allah sənə onların əziyətindən və səni onların şərindən qorumağa kifayət edər. Allah onların dediklərini eşidən, niyyətlərini və əməllərini isə biləndir.