صِبۡغَةَ ٱللَّهِ وَمَنۡ أَحۡسَنُ مِنَ ٱللَّهِ صِبۡغَةٗۖ وَنَحۡنُ لَهُۥ عَٰبِدُونَ ١٣٨
Sibghatallāhi waman ahsanu minallāhi sibghatan wanahnu lahū 'ābidūn
De: “Budur Allahın dini (boyası)! Kimin dini Allahın dinindən (boyasından) daha gözəl ola bilər? Biz yalnız Ona ibadət edənlərik!”
Təfsir
Ey möminlər! Sizi zahirən və batinən bu din üzərində yaradan Allahın dininə mültəzim olun. Allahın dinindən daha gözəl din yoxdur. Çünki Allahın dini, insanın fitrətinə müvafiq, insanlara xeyirləri cəlb edən, şərlərdən isə uzaqlaşdırandır. (Onlara) Deyin: "Biz yalnız tək Allaha ibadət edənlərik və Ona heç bir şeyi də şərik qoşmuruq".