Al-Baqarah surəsi, ayə 136

2:136

قُولُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيۡنَا وَمَآ أُنزِلَ إِلَىٰٓ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَمَآ أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَآ أُوتِيَ ٱلنَّبِيُّونَ مِن رَّبِّهِمۡ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّنۡهُمۡ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ١٣٦

Qūlū āmannā billāhi wamā unzila ilaynā wamā unzila ilā ibrāhima wa ismā'īla wa ishāqa waya'qūba wal-asbāti wamā ūtiya mūsā wa'īsā wamā ūtiyan-nabiyyūna mir rabbihim lā nufarriqu bayna ahadim minhum wanahnu lahū muslimūn

Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun nəslinə nazil olanlara, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!”

Təfsir

Ey möminlər, yəhudi və nəsranilərdən olan batil dəvət sahiblərinə cavab olaraq belə deyin: "Biz Allaha, bizə nazil olan Qurana, İbrahimə və onun oğulları İsmailə, İshaqa, Yəquba və Yəqubun övladından olan peyğəmbərlərə nazi edilənə, Allahın Musaya bəxş etdiyi Tövrata, Onun İsaya verilən İncilə və Allahın tərəfindən bütün peyğəmbərlərə verilən kitablara inanmışıq. Onlardan bəzilərinə iman edib bəzilərinə isə küfür etməklə, heç birini digərindən ayırmırıq, əksinə onların hamısına inanırıq. Biz yanız Pak olan Allaha tabe olan və Ona boyun əyən müsəlmanlarıq!".