وَقَالَتِ ٱلۡيَهُودُ لَيۡسَتِ ٱلنَّصَٰرَىٰ عَلَىٰ شَيۡءٖ وَقَالَتِ ٱلنَّصَٰرَىٰ لَيۡسَتِ ٱلۡيَهُودُ عَلَىٰ شَيۡءٖ وَهُمۡ يَتۡلُونَ ٱلۡكِتَٰبَۗ كَذَٰلِكَ قَالَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ مِثۡلَ قَوۡلِهِمۡۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١١٣
Waqālatil-yahūdu laysatin-nasārā 'alā shay'in waqālatin-nasārā laysatil-yahūdu 'alā shay'in wahum yatlūnal-kitāba kadhālika qālal-ladhīna lā ya'lamūna mithla qawlihim fallāhu yahkumu baynahum yawmal-qiyāmati fīmā kānū fīhi yakhtalifūn
Yəhudilər dedilər: “Nəsranilər doğru yolda deyillər!” Nəsranilər də dedilər: “Yəhudilər doğru yolda deyillər!” Halbuki onlar Kitabı (Tövratı və İncili) oxuyurlar. (Kitabı) bilməyənlər də onlar kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Təfsir
Yəhudilər: "Nəsranilər düzgün din üzərində deyillər"- dedilər. Nəsranilər də: "Yəhudilər düzgün din üzərində deyillər"- dedilər. Halbuki onların hamısı Allahın onlara nazil etdiyi kitabları oxuyur və orada peyğəmbərlər arasında heç bir fərq qoymadan hamısına iman gətirməyin vacib olmasını bilirlər. Onların bu sözü rəsulların hamısını və onlara nazil edilən kitabları təkzib edən cahil müşriklərin sözünə bənzəyir. Elə buna görə də Qiyamət günü, Allah qullarına xəbər verdiyi adil hökmü ilə ixtilafda olanların hamısının arasında hökm verəcəkdir. Çünki nicat yalnız, Uca Allahın nazil etdiyi hər bir şeyə iman etməkdədir.