بَلَىٰۚ مَنۡ أَسۡلَمَ وَجۡهَهُۥ لِلَّهِ وَهُوَ مُحۡسِنٞ فَلَهُۥٓ أَجۡرُهُۥ عِندَ رَبِّهِۦ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ١١٢
Balā man aslama wajhahū lillāhi wahuwa muhsinun falahū ajruhū 'inda rabbihī walā khawfun 'alayhim walā hum yahzanūn
Xeyr! Kim yaxşı əməl sahibi olduğu halda özünü Allaha təslim edərsə, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Təfsir
Hansı tayfadan olmasından aslı olmayaraq Allaha yönəlib ixlasla etdiyi ibadətdə Peyğəmbərin gətirdiyinə tabe olan hər bir şəxs Cənnətə daxil olacaqdır. Onun savabı da Allaha aiddir. Onların axirətdə qarşılcaqları şeylərə görə heç bir qorxuları olmaz və əldə edə bilmədikləri dünya nemətlərinə görə də qəm-qüssə çəkməzlər. Yuxarıda qeyd edilən vəsflər Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbər olaraq gəldiyindən sonra yalnız müsəlmanlarda reallaşır.