وَمَنۡ أَظۡلَمُ مِمَّن مَّنَعَ مَسَٰجِدَ ٱللَّهِ أَن يُذۡكَرَ فِيهَا ٱسۡمُهُۥ وَسَعَىٰ فِي خَرَابِهَآۚ أُوْلَٰٓئِكَ مَا كَانَ لَهُمۡ أَن يَدۡخُلُوهَآ إِلَّا خَآئِفِينَۚ لَهُمۡ فِي ٱلدُّنۡيَا خِزۡيٞ وَلَهُمۡ فِي ٱلۡأٓخِرَةِ عَذَابٌ عَظِيمٞ ١١٤
Waman azlamu mimmam mana'a masājidallāhi an yudhkara fīhasmuhū wasa'ā fī kharābihā ulā'ika mā kāna lahum an yadkhulūhā illā khā'ifīna lahum fid-dunyā khizyun walahum fil-ākhirati 'adhābun 'azīm
Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər?! Əslində, onların oraya yalnız qorxa-qorxa daxil olmaları gərəkdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
Təfsir
Allahın məscidlərində Onun adının zikr edilməsinə, orada namaz qılmağa, zikir edib Quran oxumağa maneçilik törədənlərdən, onların viranə qalmasına, oranı dağıtmağa yaxud orada ibadət etməkdən mane olmağa çalışanlardan daha zalım heç kim yoxdur. Məscidlərin viranə qalmasına çalışan kimsələr, etdikləri küfrə və Allahın məscidlərinə mane olduqları üçün əslində onlar oraya qorxa-qorxa, qəlbləri titrəyərək daxil olmalı idilər. Onlar üçün dünyada möminlərin əli ilə zəlillik və rüsvayçılıq, insanları məscidlərə getməsinə mane olduqları üçün axirətdə isə böyük bir əzab vardır.