أَلَهُمۡ أَرۡجُلٞ يَمۡشُونَ بِهَآۖ أَمۡ لَهُمۡ أَيۡدٖ يَبۡطِشُونَ بِهَآۖ أَمۡ لَهُمۡ أَعۡيُنٞ يُبۡصِرُونَ بِهَآۖ أَمۡ لَهُمۡ ءَاذَانٞ يَسۡمَعُونَ بِهَاۗ قُلِ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ ثُمَّ كِيدُونِ فَلَا تُنظِرُونِ ١٩٥
Alahum arjulun yamshūna bihā am lahum aydin yabtishūna bihā am lahum a'yunun yubsirūna bihā am lahum ādhānun yasma'ūna bihā qulid'ū shurakā'akum thumma kīdūni falā tunzirūn
Məgər onların (Allahdan qeyri dua etdiyiniz bütlərin) yeriyən ayaqlarımı var? Yaxud onların tutan əllərimi var? Yoxsa onların görən gözlərimi var? Və ya onların eşidən qulaqlarımı var? De: “Haydı, çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!
Təfsir
Məgər özünüzə ilah qəbul etdiyiniz bu bütlərin öz ehtiyaclarını ödəmək üçün gəzib-dolaşan ayaqlarımı vardır? Yoxsa sizi müdafiə edən qüvvətli əlləri vardır?! Yoxsa onların sizin görmədiyiniz şeyləri görüb o haqqda sizə xəbər gözləri vardır?! Yoxsa onların sizin eşidib bilmədiyiniz şeyləri eşidib sizə bildirən qulaqları vardır?! Əgər o bütləriniz bütün bu şeylərdən məhrumdurlarsa o zaman onlardan mənfəət umub, zərərdən qorunmaq üçün necə onlara ibadət edirsiniz?! Ey Peyğəmbər! O müşriklərə de: "Çağırın Allahla bərabər tutduğunuz ilahlarınızı, sonra mənim əzabıma qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!".