إِنَّ وَلِـِّۧيَ ٱللَّهُ ٱلَّذِي نَزَّلَ ٱلۡكِتَٰبَۖ وَهُوَ يَتَوَلَّى ٱلصَّٰلِحِينَ ١٩٦
Inna waliyallāhul-ladhī nazzalal-kitāba wahuwa yatawallas-sālihīn
Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər.
Təfsir
Həqiqətən, mənim himayədarım, mənə yardım edən və məni qoruyan Allahdır. Mən Ondan başqasına üz tutmaram və sizin bütlərinizdən də qorxub çəkinmərəm. İnsanlara doğru yolu göstərən Quranı mənə nazil edən Odur. Qullarından əməlisalehlərə himayəçilik edən, onları qoruyan və onlara kömək olan da Odur!