وَٱلَّذِينَ يُمَسِّكُونَ بِٱلۡكِتَٰبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ إِنَّا لَا نُضِيعُ أَجۡرَ ٱلۡمُصۡلِحِينَ ١٧٠
Walladhīna yumassikūna bil-kitābi wa aqāmus-salawāta innā lā nudī'u ajral-muslihīn
Kitabdan möhkəm yapışanlara və namazı (doğru-dürüst) qılanlara gəlincə, Biz islah edənlərin mükafatını puç etmərik.
Təfsir
Kitabdan möhkəm yapışıb, orada olanlara əməl edib, namazın vaxtlarına, şərtlərinə, vaciblərinə və sünnələrinə əməl edərək qılanlara gəlincə, Allah onların etdikləri əməllərin mükafatını verəcəkdir. Allah saleh əməl edənlərin əcrini heç vaxt zay etməz.