Al-A'raf surəsi, ayə 171

7:171

۞ وَإِذۡ نَتَقۡنَا ٱلۡجَبَلَ فَوۡقَهُمۡ كَأَنَّهُۥ ظُلَّةٞ وَظَنُّوٓاْ أَنَّهُۥ وَاقِعُۢ بِهِمۡ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱذۡكُرُواْ مَا فِيهِ لَعَلَّكُمۡ تَتَّقُونَ ١٧١

Wa idh nataqnal-jabala fawqahum ka annahū zullatun wazannū annahū wāqi'u bihim khudhū mā ātaynākum biquwwatin wadhkurū mā fīhi la'allakum tattaqūn

Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların başı üstünə bulud kimi qaldırmışdıq və onlar da dağın onların üstünə düşəcəyini zənn etmişdilər. (Biz onlara:) “Sizə verdiyimizdən (Tövratdan) yapışın və içindəkiləri xatırlayın ki, bəlkə, qorxasınız!”– demişdik.

Təfsir

Ey Muhəmməd! İsrail oğulları Tövratda olan hökmlərə əməl etməkdən imtina etdikləri zaman, dağı yerindən qoparıb başları üstünə qaldırdıqda, sanki dağ onların başılarının üstü­nə bu­lud kimi kölgələndirdiyini və onlar da dağın on­la­rın üstünə düşə­cəyini zənn etdiklərini, onlara: "Sizə verdiyimiz­dən möhkəm, əzm və qətiyyətlə ya­pı­şın, Allahın sizin üçün qoyduğu hökmləri xatırlayın, unutmayın ki, bəlkə, onları yerinə yetirdikdə Allahdan qorxasınız!"– dediyini yadına sal.