فَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٞ وَرِثُواْ ٱلۡكِتَٰبَ يَأۡخُذُونَ عَرَضَ هَٰذَا ٱلۡأَدۡنَىٰ وَيَقُولُونَ سَيُغۡفَرُ لَنَا وَإِن يَأۡتِهِمۡ عَرَضٞ مِّثۡلُهُۥ يَأۡخُذُوهُۚ أَلَمۡ يُؤۡخَذۡ عَلَيۡهِم مِّيثَٰقُ ٱلۡكِتَٰبِ أَن لَّا يَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّ وَدَرَسُواْ مَا فِيهِۗ وَٱلدَّارُ ٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّلَّذِينَ يَتَّقُونَۚ أَفَلَا تَعۡقِلُونَ ١٦٩
Fakhalafa mim ba'dihim khalfun warithul-kitāba ya'khudhūna 'arada hādhal-adnā wayaqūlūna sayughfaru lanā wa in ya'tihim 'aradum mithluhū ya'khudhūhu alam yu'khadh 'alayhim mīthāqul-kitābi al lā yaqūlū 'alallāhi illal-haqqa wadarasū mā fīhi wad-dārul-ākhiratu khayrul lilladhīna yattaqūna afalā ta'qilūn
Onlardan sonra Kitaba (Tövrata) varis olan (pis) bir nəsil gəldi. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?
Təfsir
Onlardan sonra onlara xələflər olan pis insanlar gəldi. Ata-babalarından Tövrata varis olub onu oxudular, lakin ona əməl etmədilər. Allahın kitabını təhrif etmək və orada olandan başqa bir hökm vermək üçün çirkin dünya malını rüşvət olaraq qəbul etdilər. Onlar, Allah onların günahlarını bağışlayacağını özlərinə təsəlli verirdilər. Əgər onlara buna bənzər dəyərsiz dünya malı gəlsəydi, tərəddüd etmədən onu da alardılar. Məgər Allah onlardan Onun barəsində təhrif etmədən, haqdan başqa bir şey söyləməyəcəklərinə dair əhd-peyman alınmamışdımı? Onların kitaba əməl etməmələri cahilliklərinə görə deyil, əksinə, özləri bilərəkdən ona əməl etmirdilər. Halbuki onlar o kitabı oxuyub, orada olanları öyrənmişdilər. Bundan sonra onların haqqdan üz çevirmələri daha şiddətlidir. Amma Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinən kimsələr üçün axirət həyatı və orada olan daimi nemətlər fani dünya mənfəətindən daha xeyirlidir. Məgər Allahın kəlamlarını fani dünya malına dəyişən kimsələr, Allahın axirətdə müttəqilər üçün hazırladığı nemətlərin daha xeyirli olduğunu anlamırlarmı?!