حَقِيقٌ عَلَىٰٓ أَن لَّآ أَقُولَ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ قَدۡ جِئۡتُكُم بِبَيِّنَةٖ مِّن رَّبِّكُمۡ فَأَرۡسِلۡ مَعِيَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ ١٠٥
Haqīqun 'alā al lā aqūla 'alallāhi illal-haqqa qad ji'tukum bibayyinatim mir rabbikum fa arsil ma'iya banī isrā'īl
Allah barəsində həqiqəti söyləmək mənim borcumdur. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdim. Elə isə (kölə etdiyin) İsrail oğullarını mənimlə birgə (vətənləri Şama) göndər”.
Təfsir
Musa - aleyhissəlam - dedi: "Allah məni sizə elçi göndərdiyi təqdirdə mənim üzərimə düşən borcum, sizə Onun barəsində yalnız həqiqəti deməkdir. Mən sizə, mənim doğru olduğuma və mənim həqiqətən də, Rəbbim tərəfindən göndərilən bir elçi olduğuma dəlalət edən açıq-aydın dəlillər gətirmişəm. Elə isə əsarətdə saxladığın İsrail oğullarını mənimlə getməsinə izin ver".