وَقَالَ مُوسَىٰ يَٰفِرۡعَوۡنُ إِنِّي رَسُولٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ١٠٤
Waqāla mūsā yāfir'awnu innī rasūlum mir rabbil-'ālamīn
Musa dedi: “Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm.
Təfsir
Allah Musanı - aleyhissəlam - Firon yanına göndərdiyi zaman o, Firona gələrək dedi: "Ey Firon! Həqiqətən, mən bütün məxluqatın Xaliqinin, onların Hökmdarının və işlərini idarə edənin tərəfindən göndərilmiş bir elçiyəm".